Giriş
Ümumiyyətlə bu səhifə niyə var?
Last updated
Was this helpful?
Ümumiyyətlə bu səhifə niyə var?
Last updated
Was this helpful?
Bu məqalələri hazırlamaqda məqsədim sizin öyrənmə prosesinizi daha da asanlaşdırmaq və öz dilimizdə elementar məlumatları sizə çatdırmaqdır. Bu səhifədə siz Ethical Hacking üçün başlanğıcda lazım ola biləcək məlumatları öyrənə, bəlkə də dərinləşdirə biləcəksiniz.
Bu məqalələri oxumaq sizi ethical hacker etməz. Bunlar sadəcə başlanğıc biliklərdir və mənim not dəftərim olaraq qəbul edilə bilər. Hər kəsin daim öyrənməyə, fasiləsiz inkişaf etməyə ehtiyacı var. Yalnız bununla ethical hacker olmaq olar, 3-5 məqalə və video cütü ilə yox. Bəzən olur ki, yeni başlayanda nəyisə ilk xarici dildə oxuyub yaxşı anlaya bilmirik, bu məqsədlə başlanğıc biliklərin Azərbaycanca olmasını təmin etməyə çalışmışam.
Qeyd etmək istəyirəm ki, burada görəcəyiniz məqalələr mənim öz ixtiram, nə də kəşfim deyil. Bu məlumatların hər-biri mənim internetdən öyrəndiyim, xarici mənbələrdə gördüyüm məlumatlardır. Bəzi yerlər tərcümə, bəzi yerlər isə öz sözlərimlə yazılıb.
Ümid edirəm ki, hazırladığım kontentlə kiməsə faydalı ola biləcəyəm. Əgər məqalələrlə bağlı hər-hansı sual, təklif, irad və ya başqa tipdən müraciət etmək istəyəcəyiniz situasiya yaranarsa aşağıdakı əlaqə vasitələrindən mənimlə əlaqə saxlaya bilərsiniz.
| |
Hörmətlə, Rabil Əliyev Ethical Hacking, Full-Stack Web Development