Linux
Əməliyyat sistemi
Linux ilk dəfə 17 sentyabr 1991-ci ildə Linus Torvalds tərəfindən hazırlanıb. Linux dünyadakı ən çox quraşdırılmış Əməliyyat Sistemidir. Bu əsasən Android-in Linux bazalı olması ilə əlaqədardır. Masaüstü Komputerlər bazarı xaricində bütün bazarlarda liderdir.
Infosec (Information Security - İnformasiya Təhlükəsizliyi) baxımından Linux öyrənməyimizin iki səbəbi var. Birincisi, dünyadakı serverlərin əksəriyyətinin Linux-la çalışmasıdır. Və bu serverləri sındırmaq istəyiriksə, əlbəttə ki, necə işlədiklərini başa düşməliyik. İkinci səbəb bütün hack alətlərinin böyük əksəriyyətinin yalnız Linux-da mövcud olmasıdır.
Linux əməliyyat sisteminin bir çox distro-su var, yəni: müxtəlif versiyalar. Linux ƏS fərqli şəkildə qabaqcadan quraşdırılmış fərqli proqram təminatı ilə, fərqli konfiqurasiyalarla, fərqli Qrafik İstifadəçi İnterfeysi (GUI) ilə paketlənə bilər. Bu fərqli versiyalar adətən distrolar adlanır. Yüzlərlə fərqli distro var. Bəzi ümumi olanlar: Ubuntu, Debian, Redhat, CentOS və Arch. Bəs bunlar arasındakı əsas fərq nədir?
Paket idarəetmə proqramı (Package Manager)
Buraxılışa verilən dəstək (Nə qədər tez-tez yenilənir, yeni versiyalar nə qədər tez-tez çıxır və s.)
Masa üstü mühit
İstifadəçi İnterfeysi
Online mənbələr və yardım alına biləcək forumlar
Linux Kernelinin tərtibi
İstifadəçilərin ehtiyaclarından asılı olaraq, sizə ən uyğun olan distronu seçə bilərsiniz. Bəzi insanlar ən son yeniləmələri ilk almaq istəyirlər (bir az daha qeyri-stabil olsa da), bəziləri sabitliyə üstünlük verirlər. Bəzi insanlar daha yüksək təhlükəsizlik təmin edən bir distro istəyirlər. Digərləri yalnız pulsuz proqramları olan bir yayım, digərləri uşaqlar üçün ya da təhsil və ya elm adamları üçün xüsusi olaraq hazırlanan yayımlar istəyirlər. Pentesterlər arasında daha çox məşhur olan distro Kali Linux'dur. Kali Linux yüzlərlə müxtəlif pentestlə əlaqəli alətlərlə əvvəlcədən təmin olunmuşdur. Gündəlik istifadə üçün çox da yaxşı distro olmaya bilər. Lakin pentesting üçün həqiqətən rahatdır.
Last updated
Was this helpful?