Kernel, qurğular (hardware) və proqram təminatı (software) arasında əlaqə quran və sistem resurslarını idarə edən, ən alt səviyyədə çalışan program təminatıdır. Kerneli fayl olaraq /boot qovluğu içərisində tapmaq olar. Lakin buna root səlahiyyətləri lazımdır. Buna görə də sudo!
Başlanğıcda kernel sadəcə linux adlanırdı. Ancaq ilk Virtual Yaddaş təqdim edildikdən sonra kernelin virtual yaddaşla işləyə biləcəyini göstərmək üçün adını vmlinux olaraq dəyişdirdilər. Daha sonra kernel çox böyüdükdə zlib istifadə edilərək sıxıldı, buna görə də adı vmlinuz olaraq dəyişdirildi. Linux Kernel, Windows-dan həmçinin standart olaraq sürücülərin (driver) üzərində gəlməsi ilə fərqlənir. Beləliklə, bir printer və ya bənzər bir şey qurmaq istədiyiniz zaman, Windows-da olduğu kimi sürücü axtarmağa ehtiyac yoxdur.
Linux kernel hər yeni boşluq aşkarlandıqca və ya inkişaf etdikcə yenilənir. Bu yeniləmələri əldə etmək çox asandır. Aşağıdakı əmrlərdən hər hansı biri vasitəsilə linux kerneli yeniləmək olar: