Proseslər
Sistemdə nə çalışır?
Sistemdə çalışan program və ya prosesləri görmək üçün linuxda ps əmri istifadə olunur. Aşağıdakı əmrdə biz bütün prosesləri terminalda görüntüləyəcəyik.
kali@kali:~$ ps -aux
USER PID %CPU %MEM VSZ RSS TTY STAT START TIME COMMAND
root 1 0.0 0.2 168128 11508 ? Ss 11:17 0:03 /sbin/init splash
root 2 0.0 0.0 0 0 ? S 11:17 0:00 [kthreadd]
kali 1224 0.0 0.3 231792 19948 ? Sl 11:17 0:00 /usr/lib/x86_64-linu
kali 1225 0.0 0.1 45004 6544 ? Ss 11:17 0:00 /usr/libexec/bluetoo
kali 1228 0.0 0.6 548732 32732 ? Sl 11:17 0:00 /usr/lib/x86_64-linu
kali 1249 0.0 0.7 416340 41428 ? Sl 11:17 0:00 /usr/lib/x86_64-linu
root 1252 0.0 0.1 246900 8508 ? Ssl 11:17 0:00 /usr/libexec/upowerd
kali 1259 0.0 1.2 538380 67652 ? Sl 11:17 0:01 /usr/bin/python3 /us
root 1262 0.0 0.6 358164 32572 ? Ssl 11:17 0:03 /usr/libexec/package
kali 1264 0.0 0.0 234000 4708 ? Sl 11:17 0:00 /usr/libexec/geoclue
------
#UZUN İDİ DEYƏ KƏSDİM ORTASINI
------
root 2389 0.0 0.0 0 0 ? I 13:47 0:00 [kworker/0:2-cgroup_
root 2393 0.0 0.0 0 0 ? I 13:53 0:00 [kworker/1:0-ata_sff
root 2398 0.0 0.0 0 0 ? I 13:58 0:00 [kworker/1:2-ata_sff
root 2421 0.0 0.0 0 0 ? I 14:00 0:00 [kworker/u256:1-even
root 2447 0.0 0.0 0 0 ? I 14:02 0:00 [kworker/0:1-cgroup_
root 2448 0.0 0.0 0 0 ? I 14:02 0:00 [kworker/1:3]
kali 2454 0.0 0.0 9572 3292 pts/1 R+ 14:06 0:00 ps aux
İlk sətirdə göründüyü kimi ps
əmrinə -aux
parametrini verərək bütün prosesləri görüntülədik.
a - bütün növdən olan proseslər
u - bütün istifadəçilərə aid olan proseslər
x - terminalda çalışmayan (arxa planda çalışanlar) prosesləri də əlavə et.
Əgər biz yalnız root adlı istifadəçinin çalışdırdığı prosesləri görmək istəsək bu zaman əmri belə yazmalıyıq: ps -auroot
. Yəni u-dan sonra gələn hissə istifadəçi adını bildirir.
Çalışdırdığınız hər bir əmr və ya program özlüyündə bir və ya birdən artıq proses yaradır. Hər bir prosesin digərlərindən fərqləndirilməsi üçün ona nömrə verilir. Bu nömrələr PİD (Process Identification Number) adlanır. Yuxarıda olan terminal outputunun ikinci sütununda siz bu sözü görə bilərsiniz. Orada gördüyünüz kimi heç bir prosesdə eyni olmamaqla hər prosesin öz nömrəsi var. Məsələn hər-hansı bir prosesi sonlandırmaq istəyiriksə (əvvəlcə buna permission-umuz olmalıdır və ya sudo istifadə edə bilərik) bu halda biz prosesin PİD-ni istifadə edərək kill
əmrini işlədə bilərik. Məsələn:
kali@kali:~$ kill 1264
Bu əmr əgər heç bir output vermirsə deməli proses uğurla sona çatdırılıb. Əks halda icazənizin olmaması ilə bağlı xəta mesajı görəcəksiniz.
Proseslər siyahısındakı elementlərin bəziləri kvadrat mötərizələrin arasında yazılıb. Bu proseslər hansısa admin tərəfindən deyil adətən sistem tərəfindən başladılan kernel prosesləridir. Kernelin nə olduğuna buradan baxa bilərsiniz.
Last updated