CyberSecurity - Azərbaycanca
  • Giriş
  • Əməliyyat sistemləri
    • Linux
      • Videolar
      • Giriş
      • Mətnlər üzərində əməliyyatlar
      • İstifadəçilər və Qruplar
      • Səlahiyyət və ya İcazə
      • Proseslər
      • Paketlər
      • Qovluq quruluşu
      • Zamanlanmış tapşırıqlar
      • Servislər
      • Kernel
      • Şəbəkə əmrləri
      • Bash skript dili
      • Vim editoru
    • Windows
      • Fundamentallar
      • İstifadəçilər və Qruplar
      • PowerShell
        • Operatorlar
        • Cmdlet siyahısı
      • PowerShell Skriptləri
      • CMD
  • Penetration Test
    • Subdomain/Domain Takeover
    • IDOR
    • SQL Injection
    • Cross Site Scripting
  • Terminologiya
  • Youtube
Powered by GitBook
On this page
  • Fayllarla iş
  • Şəbəkə
  • Proseslər
  • İstifadəçi və Qruplar
  • Digərləri
  • SMB paylaşımlarına daxil olmaq
  1. Əməliyyat sistemləri
  2. Windows

CMD

Köhnə dost

Windowsda Powershelldən əlavə həmçinin bənzər funskiyanı yerinə yetirən CMD-da var. CMD sözü ingiliscədə olan Command sözündən gəlir, "əmr" mənasını verir. Artıq zaman keçdikcə PowerShell ilə əvəzlənməyə doğru getsə də, hələ də çox sayda istifadəçisi var. Aşağıda ən çox istifadə olunan cmd əmrləri yerləşdirilib.

Başlanğıcda qeyd edim ki hansısa əmri görmüsüz, lakin nə iş yaradığını bilmirsinizsə, belə olan halda help əmrini istifadə edərək əmrə aid kömək mətnini oxuya bilərsiz. Məsələn: help taskkill

Fayllarla iş

Əmr

İzah

del fayl.txt

Faylı silir

md yeniqovluq

"yeniqovluq" adlı qovluq yaradır

dir

Cari qovluğun daxilindəki fayl və qovluqları göstərir

dir /A

Gizli olan fayl və qovluqları da göstərir

type fayl.txt

fayl.txt içindəki mətni terminalda göstərir

Şəbəkə

Əmr

İzah

netstat -an

Şəbəkə qoşulmaları və dinlənən portlar

ipconfig

Şəbəkə adapteri və konfiqurasiyası

ping

Digər hosta ping göndərmək

tracert

Trace Route -a baxmaq üçün.

Proseslər

Əmr

İzah

tasklist

Prosesləri göstərir

taskkill /PID 1854 /F

1854 nömrəli prosesi bitirməyə məcbur edir(F = force)

İstifadəçi və Qruplar

net users
Sistemdəki istifadəçiləri göstərir

net user rabil rabil123 /add

Sistemdə rabil adlı və rabil123 şifrəli istifadəçi yaradır

net localgroup Administrator rabil /add

Rabil adlı istifadəçini Administrator qrupuna əlavə edir

net localgroup /domain

Komputerin domaində olub olmadığını yoxlamaq

net users /domain

Domaində olan istifadəçilərə baxmaq

Digərləri

Əmr

İzah

shutdown /s /t 0

komputeri söndürür, 0-saniyə sonra, yəni indi.

shutdown /r /t 0

komputeri anında yenidən başladır (restart)

systeminfo

sistem məlumatlarını göstərir

wmic localdisk get deviceid, volumename

Sistemdə qoşulu hard disk hissələrini göstərir

SMB paylaşımlarına daxil olmaq

net use əmri vasitəsilə digər komputerdə paylaşılmış bir qovluğu öz komputerimizdə aça bilərik. Əmrin sintaksisi aşağıdakı kimidir:

net use G: \\Paylaşanın IP adresi\QovluqAdı

#Məsələn
net use G: \\192.168.1.116\Skriptler

Bu əmrdən sonra bizim sistemdə G diski yaranacaq, və biz bu diskə daxil olduğumuz zaman 192.168.1.116 adresli komputerin Skriptlər qovluğunun daxilini görəcəyik. Bu proses Windowsda mapping olaraq adlandılır.

İşimiz bitdikdən sonra əgər G diskini silmək istəyiriksə /del parametri köməyimizə çatar:

net use G: /del

Bu mövzuda daha geniş oxumaq üçün buraya daxil olun.

PreviousPowerShell SkriptləriNextPenetration Test

Last updated 1 month ago